İQTİSADİYYAT


“Azneft” İstehsalat Birliyinin yeni istehsalat obyektləri tikilir

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin (İB) yeni istehsalat obyektləri tikilir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” tərəfindən yeni neft və qaz quyularının qazılması üçün perspektivli sahələrin genişləndirilməsi, əlavə istehsalat sahələrinin tikintisi üzrə işlər planlı şəkildə həyata keçirilir.

Hazırda birliyinin sifarişi əsasında “Günəşli” yatağında yerləşən 14 nömrəli dərin dəniz özülündə növbəti 2 quyunun qazılması üzrə yenidənqurma işləri aparılır. Yaxın günlərdə quyu şaxtaları quraşdırılacaq. Artıq yataqda yenicə istismara verilmiş 7 nömrəli dərin dəniz özülündə 2-ci qazma qurğusunun avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb. Özüldə 20 quyunun qazılması nəzərdə tutulur ki, həmin avadanlığın quraşdırılması bu işləri daha da sürətləndirəcək.

“Neft Daşları” yatağında da mühüm tədbirlər həyata keçirilir. Yataqdakı 2585 nömrəli özüldən növbəti 8 quyunun qazılması üçün maneçilik törədən mövcud texnoloji xətlərin və avadanlıqların köçürülməsi, yenidən qurulması işləri davam etdirilir. N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 2 saylı qazma məntəqəsinin tikintisi işləri çərçivəsində 4 ədəd dayaq bloku və digər metal konstruksiyalar (aralıq seksiyaları, yanalma meydançaları və sair) tikinti nöqtəsinə nəql olunub. Növbəti mərhələdə isə daha 2 ədəd dayaq blokunun nəqli planlaşdırılır. Neft-qaz infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tikinti-quraşdırma işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.