İQTİSADİYYAT


“Aztelekom” MMC-də marketinq və satış üzrə treninqlər başlayıb

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC 

Oktyabrın 13-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC-nin Marketinq və satış departamentinin, həmçinin Abşeron, Sumqayıt və Qax telekommunikasiya qovşaqlarının satış və marketinq şöbələrinin əməkdaşları üçün "Aktiv satış texnikaları" mövzusunda treninq keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, treninqin əsas məqsədi əməkdaşların biliklərinin və satış bacarıqlarının artırılması olub.

Treninqdə aktiv satış texnikalarından istifadə etməklə satış keyfiyyətinin artırılması, müştərilərlə davranış qaydaları, satış prosesi zamanı dialoq bacarığı və s. mövzularda söhbətlər aparılıb.

Qeyd edək ki, treninqin iştirakçıları gələcəkdə "Aztelekom" MMC-nin digər qovşaqlarının marketinq şöbələrinin əməkdaşlarına treninqlər keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.