İQTİSADİYYAT


“Aztelekom.net” istifadəçilərinin sayı 200 minə çatıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Aztelekom.net" dövlət internet provayderinin istifadəçilərinin sayı 200 minə çatıb.

"Aztelekom" MMC-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə MMC-nin baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, bundan əsas məqsəd istifadəçiləri keyfiyyətli xidmətlərlə təmin etməkdir. O, xidmət keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksək səviyyədə təmin edilməsi istiqamətində görülən işlər nəticəsində "Aztelekom.net" istifadəçilərinin sayının nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb. Bu uğurda "Aztelekom" MMC-nin yerli telekommunikasiya qovşaqlarının əməyinin də əvəzsiz olduğu bildirilib.

Tədbirdə provayderin 200 mininci istifadəçisi olan Qusar rayon sakini Elmar Osmanova 3 aylıq internet xidmətindən pulsuz istifadə sertifikatı və planşet təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.