REGİONLAR


Aztəminatlı ailələrə uşaq hüquqları üzrə hüquqi xidmət göstərilir

A+ A

Ağcabədi, 28 oktyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM), UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Avropa İttifaqının birgə layihəsi olan “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində Aztəminatlı Ailələrə Uşaq Hüquqları üzrə Hüquqi Xidmət Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

GTM-in Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova AZƏRTAC-a bildirib ki, son 11 ayda Ağcabədi, Bərdə və Ağdam rayonlarından Mərkəzə 300 müraciət daxil olub. Xidmətin daha da əlçatan olması məqsədilə layihə çərçivəsində mobil xidmət göstərilməklə Mərkəzin sosial işçiləri və hüquqşünasları tərəfindən yerlərə səfərlər təşkil edilir. Müraciətlər arasında sağlamlıq, təhsil və əlilliyi olan uşaqların hüquqları, sosial təminat hüququ barədə məsələlər üstünlük təşkil edir.

Layihə çərçivəsində hər il oktyabrın 20-dən noyabrın 20-dək respublikada keçirilən “Uşaq hüquqları aylığı”na dəstək məqsədilə “Uşaq hüquqları məktəbi”nə də start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.