DÜNYA


Azyaşlı qız amerikalı Olimpiya çempionunun itmiş medalını tapıb

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Yeddi yaşlı qız zibillikdən Olimpiya medalı tapıb.

AZƏRTAC xəbər verir ki, Atlanta sakini Xlo Smit tapdığı medalı sahibinə qaytarıb.

Məlum olub ki, qızıl medal vaxtilə “Barselona-92” Olimpiya Oyunlarının qalibi olmuş amerikalı Co Cekobiyə məxsusdur. Olimpiya medalı isə carı ilin iyun ayında oğurlanıb.

Olimpiya mükafatçısı bildirib ki, naməlum şəxslər içərisində qızıl medal və digər əşyaları olan avtomobilini oğurlayıblar. Oğrular izi itirmək üçün medalı zibilliyə atıblar. Lakin xoşbəxtlikdən mükafatı balaca Xlo Smit tapıb. O, atası ilə gəzinti zamanı zibillikdən qızılın parıldadığını görüb. Sonradan ailə bunun Olimpiya medalı olduğunu bilib və sahibinin axtarışına çıxıb. Medal Olimpiya çempionuna qaytarıldıqdan sonra o, şəxsən 7 yaşlı qızın məktəbinə gələrək ona minnətdarlığını bildirib.

Qeyd edək ki, Co Cekobi “Barselona-92”də avarçəkmə idmanı üzrə qızıl mükafata layıq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.