DÜNYA


BƏƏ-nin dövlət naziri Qətərə qarşı əlavə sanksiyaları istisna etməyib

Əbu-Dabi, 7 iyun, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Karqaş ərəb dövlətləri tərəfindən Qətərə yeni sanksiyaların, o cümlədən beynəlxalq ticarət sahəsində sanksiyaların tətbiq olunacağını istisna etmir.

Amma A.Karqaş ümidvar olduğunu bildirib ki, vəziyyət normallaşacaq və BƏƏ hökuməti Qətərə qarşı yeni məhdudiyyətlər tətbiq etməli olmayacaq.

Xatırladaq ki, Qətərin terrorizmi və ekstremizmi dəstəkləməsinə görə bir sıra ərəb dövlətləri bu ölkə ilə diplomatik münasibətlərin pozulduğunu elan ediblər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.