DÜNYA


BƏƏ vətəndaşı İŞİD-ə kömək etdiyinə görə mühakimə olunub

Əbu-Dabi, 16 may, AZƏRTAC

Yerli “KhaleejTimes” nəşrinin verdiyi məlumata görə, Əbu-Dabinin Ali Federal Məhkəməsi BƏƏ vətəndaşı olan bir qadını “cinayətkar İŞİD təşkilatına qoşulduğu və bu təşkilata maliyyə köməyi göstərdiyi üçün” 10 il həbs cəzasına məhkum edib.

İstintaq bildirib ki, 45 yaşlı bu qadın sosial şəbəkələrdə akkauntlar yaradaraq, ekstremizmi təbliğ edirmiş. Bundan əlavə, o, “BƏƏ-ni və ölkənin rəmzlərini təhqir etmək” məqsədilə uçot yazıları yaradırmış.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.