DÜNYA


BAEA-nın baş direktoru Şimali Koreya ilə əlaqədar ciddi narahatlığını bildirib

Tokio, 13 iyun, AZƏRTAC 

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano Şimali Koreyanın nüvə proqramı və ballistik raket sınaqları ilə əlaqədar ciddi narahatlığını bildirib.

NHK telekanalının yaydığı məlumata görə, Y.Amano bu barədə agentliyin Direktorlar Şurasının Vyanada keçirilən iclası zamanı danışıb. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Pxenyana təzyiqin davam etdiriləcəyini deyib.

İclasdan sonra mətbuat nümayəndələri ilə görüşən Y.Amano bildirib ki, Şimali Koreya ballistik raketlər kimi, nüvə bombalarının sınağını da keçirə bilər. O, hazırda yaranmış vəziyyəti həddindən artıq gərgin adlandırıb.

Y.Amano vurğulayıb ki, Pxenyanın etirazlarına baxmayaraq, agentlik yoxlamaların bərpası istiqamətində işi davam etdirəcək.

BAEA Direktorlar Şurasının iclası iyunun 16-dək davam edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.