ELM VƏ TƏHSİL
BAKIDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişlər.
YUNESKO-nun Elmi İşlər üzrə Avropa Bürosunun, Gürcüstan Elmlər Akademiyasının, Tbilisi Dövlət Universitetinin və Odlar Yurdu Universitetinin birgə keçirdiyi konfransı bu ali təhsil ocağının rektoru, professor Əhməd Vəliyev açaraq, görkəmli dövlət xadimi Prezident Heydər Əliyevin Azərbaycanda elmin və təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. O, ekologiyanın daim qorunmasının vacibliyini və əhəmiyyətini nəzərə çarpdırmış, konfransın aktual mövzuya həsr olunduğunu söyləmişdir.
Gürcüstanlı və almaniyalı almlər Teymuraz Davitaşvili, Adolf Ebel və başqaları çıxış edərək konfransın işinə uğurlar arzulamışlar. Bildirilmişdir ki, beş gün davam edəcək tədbirdə ekoloji tarazlığın pozulmasının qarşısının alınması ilə bağlı müxtəlif mövzularda məruzələr dinləniləcəkdir.