BAKIDA ŞƏHİD MÜŞFİQ İSAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SƏRBƏST GÜLƏŞ ÜZRƏ BEYNƏLXALQ TURNİR KEÇİRİLMİŞDİR
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 17-də “Abu Arena” İdman Kompleksində güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə 11-ci beynəlxalq turnir keçirilmişdir.
Yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Rusiya, Fransa, Birləşmiş Ərəb Əmirliyi və İranı təmsil edən 98 pəhləvan mübarizə aparmışlar.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə, eləcə də, idmanda böyük uğurlar əldə edildiyini bildirmişdir. Artıq ənənə halını alan bu beynəlxalq yarışın Azərbaycan güləşçilərinin gələcək uğurlarında əsas rol oynadığını vurğulamışdır.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Müşfiq İsayevin qardaşı Xəzər İsayev son illərdə ölkəmizdə güləşin sürətlə inkişaf etdiyini, bu yarışın qardaşının xatirəsinə layiqli töhfə olduğunu bildirib və artıq üç ildir ki, turnirin Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqviminə salındığını söyləmişdir.
Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev idmançılarımızın son illər beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən danışıb və turnir iştirakçılarına uğurlar arzulamışdır.
Turnirin yekununda Azərbaycan pəhləvanlarından Fərid İsmayılov (42 kq), Pərviz İbrahimov (50 kq), Kənan Quliyev (54 kq), Elcan Usubzadə (85 kq) və Əli Məhəmməddabirov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Gümüş medalları Ruslan Qasımov (42 kq), Mircəlal Həsənzadə (46 kq), Nurlan Hacıyev (63 kq) və Paxrudin Maxayev (85 kq) qazanmışlar. Məsim Qədirli (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Səfər Ativi (50 kq), Ruslan Şükürov (63 kq), Elmar İsmayılov (69 kq) və Kamran Yunusov (76 kq) müvafiq olaraq bürünc medallara sahib çıxmışlar.
Ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanan yığmamız komanda hesabında turniri birinci yerdə başa vurmuşdur. İkinci yeri İran (1 qızıl, 3 gümüş, 6 bürünc), üçüncü yeri isə Rusiya (3 qızıl, 2 gümüş, 2 bürünc) komandası tutmuşdur.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [19:18]
Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib
- 14.02.2026 [16:29]
Premyer Liqa: "Qarabağ"dan çətin qələbə
- 14.02.2026 [10:00]
Misli Premyer Liqası: Tura “Qarabağ”ın oyunu ilə start verilir
- 14.02.2026 [06:12]
Türkiyə klubu almaniyalı baş məşqçi ilə vidalaşıb
- 13.02.2026 [23:08]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [17:42]
Cud Bellinqem İngiltərə millisinin cari ildəki ilk oyunlarını buraxa bilər
- 13.02.2026 [16:23]
Azərbaycanın güləş yığmalarında yeni məşqçi təyinatları olub
- 13.02.2026 [16:12]
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]
“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib
- 13.02.2026 [21:54]

