Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BAKIDA SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

Avqustun 23-də Azərbaycan Prezidenti Heydər Əliyevlə həmin gün Bakıya gəlmiş ATƏM-in Dağlıq Qarabağa dair Minsk qrupunun sədri Yan Eliassonun görüşündə Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq məqsədilə siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilmişdir. Tərəflər bu problemin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləmişlər.

Azərbaycan dövlətinin başçısı mətbuat üçün verdiyi bəyanatında münaqişə zonasında atəşin dayandırılmasında ATƏM-in, onun Minsk qrupunun və Rusiyanın vasitəçilik səylərini xüsusi vurğulamışdır. Onun fikrincə, münaqişənin başlanmasından bəri ən uzun müddət – üç aydan artıq davam edən atəşkəsə tərəflərin əməl etməsi münaqişə iştirakçılarının və vasitəçilərin şəksiz nailiyyətidir. Qeyd olunmuşdur ki, bilavasitə Qarabağ probleminin həlli üçün ATƏM-in yaratdığı Minsk qrupunun işə başlamasından keçən iki ildən artıq dövr ərzində ilk dəfə olaraq, belə atəşkəs haqqında razılığa gəlinmişdir.

Azərbaycan Prezidenti bunu həm də “münaqişənin aradan qaldırılması prosesində mühüm addım” kimi qiymətləndirir. Heydər Əliyev belə hesab edir ki, bunun ardınca böyük siyasi saziş imzalanmalıdır və o, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoya, iki dövlətin dinc, yanaşı yaşamasını təmin edə bilər. Prezident həmçinin əmindir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, 1 milyondan artıq qaçqının doğma yerlərinə qayıtması, respublikanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulnazlığının təmin edilməsi, habelə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsi və bölgənin statusu ilə bağlı məsələlərin həlli şərti ilə bu, tamamilə mümkündür.

Heydər Əliyev demişdir ki, indi ən başlıcası yaranmış imkanı əldən verməməkdir. Münaqişənin aradan qaldırılmasına münasibətdə ATƏM-in və Rusiyanın mövqelərindəki bəzi fərqlərə gəldikdə isə, dövlət başçısı əmindir ki, “vasitəçilərin mövqelərini yaxşılaşdırmaq o qədər də çətin deyil. Onların bu mövqeləri indi hazırlanmaqda olan birləşdirilmiş sənəddə - böyük siyasi sazişdə əksini tapmalıdır”. Bununla yanaşı, Prezident bir daha bəyan etməyi lazım bilmişdir ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmış zərərçəkən tərəfdir. Həmin təcavüz nəticəsində respublika öz ərazisinin 20 faizə qədərini itirmiş, onun bir milyondan artıq vətəndaşı qaçqın vəziyyətindədir, ölkəyə böyük maddi və mənəvi zərər dəymişdir.

Yan Eliasson münaqişə zonasında atəşin dayandırılmasının və onun rejiminin möhkəmləndirilməsinin mühümlüyü haqqında Prezidentin fikrinə şərik çıxmış və bildirmişdir ki, son vaxtlar ATƏM-in Minsk qrupunun və Rusiyanın da səyləri bu istiqamətə yönəldilmişdir. O demişdir ki, indi problemi qəti həll etmək məqsədilə gələcək birgə fəaliyyətin birləşdirilmiş planını işləyib hazırlamaq mühümdür. Minsk qrupunun sədri ümid etdiyini bildirmişdir ki, hazırda bütün əlaqədar tərəflərin gördüyü tədbirlər böyük siyasi sazişin imzalanmasına və deməli, regionda sülhə gətirib çıxaracaqdır. Bununla yanaşı, o qeyd etmişdir ki, avqustun birinci yarısında Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin Rusiyanın vasitəçiliyi ilə təşkil olunmuş görüşündə nəzərdən keçirilən sənədin layihəsi ATƏM-in və Rusiyanın birləşdirilmiş planının layihəsi deyildir.

İsveç diplomatı belə hesab edir ki, regionda sülhə nail olmağın mühüm şərti təkcə vasitəçilərin səylərinin birləşdirilməsi deyil, həm də bütün tərəflərin istək, əzm və müdriklik göstərməsi, hazırda bu prosesə əngəl törədən əsas siyasi problemlərin həllinə qadir olmalarıdır. Diplomat həmin problemlər dedikdə, işğal olunmuş ərazilərin azad edilməsini, qaçqınların öz yerlərinə qayıtmasını, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi üçün təminat yaradılmasını və onun statusunun müzakirə olunmasını nəzərdə tutur. Minsk qrupunun sədri demişdir ki, onun fikrincə, bu məsələdə də iki istiqamətdə işləmək – birləşdirici plan üzərində gərgin işi davam etdirmək, digər tərəfdən isə münaqişədə iştirak edən tərəflərin siyasi liderləri ilə dialoqlar vasitəsilə problemin həllinin perspektivlərini axtarmaq lazımdır. Bunlar son nəticədə müvəffəqiyyət qazanılmasına gətirib çıxara bilər. O həmçinin demişdir ki, əgər bu həftənin axırınadək davam edəcək indiki səfəri zamanı həll olunmamış bütün məsələlərin gələcək müzakirəsini sürətləndirə bilərsə, bu mərhələdə özünün missiyasını uğurlu sayar. Diplomat bildirmişdir ki, bundan ötrü Bakı ilə Yerevan arasında səfərlər etməyə hazırdır.

Münaqişənin aradan qaldırılması ilə bağlı siyasi məsələlərin həllinin yolları və metodlarının müzakirəsi bağlı qapı arxasında davam etdirilmişdir.

Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, xarici işlər naziri Həsən Həsənov iştirak etmişlər.

Aslan Aslanov

AZƏRTAC–ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub