İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 710 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4924 manata bərabər olmuş və hərracların yekunlarına görə dəyişməmiş qalmışdır. Təklif və tələb 710 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4924 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 2 milyon 840 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 13,984 milyarddır. Bir əqdə orta hesabla 315 556 dollar düşmüşdür.
Dilerlər tərəfindən tələb olmadığından BEST-də USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə banklar tərəfindən sifariş verilməmişdir.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3,069 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 29-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.