SİYASƏT
BƏLƏDİYYƏLƏRİN VERGİ XİDMƏTİ ORQANLARI HAQQINDA ƏSASNAMƏ HAZIRLANIR
Bələdiyyələrə aid yerli vergi və ödənişləri onların öz vergi xidməti orqanları yığacaqdır.
Milli Məclisin regional məsələlər daimi komissiyası sədrinin müavini Şaitdin Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, komissiyada “Bələdiyyələrin vergi xidməti orqanları haqqında Əsasnamə” hazırlanır. Bələdiyyələrin maliyyə sistemini yaxşılaşdırmaq, yerli özünüidarə orqanlarının sosial-iqtisadi problemlərinin həllinə yardım etmək məqsədi ilə onların öz vergi xidməti orqanları təşkil olunur.
Bələdiyyələrin vergi xidməti orqanlarının əməkdaşlarına əsas vergi orqanlarındakı kimi, hüquq-mühafizə orqanı işçisi statusu verilməyəcək. Bələdiyyələrin yığdığı vergilər dövlət büdcəsinə daxil edilməyəcəkdir. Bu, Vergi Məcəlləsində də qeyd olunmuşdur.