SİYASƏT


BAMF sədri: Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası diplomatiyamızın növbəti parlaq qələbəsidir

Bakı, 8 fevral, AZƏRTAC

Barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətin nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev deyib.

“Separatçı rejimin təbliğatını aparan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən A.Lapşinin Bakıya ekstradisiya edilməsinə dəstək verdikləri üçün mən bir qarabağlı kimi, Belarus xalqına və Prezidentinə təşəkkürümü bildirirəm”,- deyə Umud Mirzəyev vurğulayıb.

Bəzi beynəlxalq təşkilatların A.Lapşinin həbsini media azadlığı ilə bağlamaq cəhdləri haqda danışan BAMF sədri bildirib: “Onun fəaliyyəti siyasi mahiyyət daşıyır. Lapşin müəyyən dairələrin maraqları çərçivəsində hərəkət edib, onların tapşırıqlarını yerinə yetirib. Ona görə də Lapşinin həbsi və ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində baş verib. O, etdiyi cinayət əməllərinin cəzasını çəkir”.

BAMF sədri bildirib ki, bu həm də qanunsuz yolla Dağlıq Qarabağa səfər edənlər üçün bir xəbərdarlıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.