ELM VƏ TƏHSİL


BANM-in rektoru ali məktəblərə qəbul imtahanında 700 bal toplamış abituriyentlərlə görüşüb

Bakı, 15 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin birinci ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 700 bal toplamış dörd abituriyent ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, Bakının Səbail rayonundakı 162 nömrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, akademik Zərifə Əliyeva adına Liseyin məzunu Elmir Əhmədov, 220 nömrəli tam orta məktəbin məzunu Xalidə Əliyeva və İsmayıllı rayonu Lahıc qəsəbəsindəki tam orta məktəbin məzunu Vahab Cəbrayılov bu ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçəcəklər.

Abituriyentləri təbrik edən rektor vurğulayıb ki, Azərbaycanda bilikli gənclər BANM-i seçirlər. Yüksək bal toplamış gənclər gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə də örnək olacaqlar.

Söhbət zamanı qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal toplayan abituriyentlər gələcəkdə ölkəmizin inkişafı üçün bütün imkanlarından istifadə edəcəklərini vurğulayıblar.

Gənclərin valideynləri Məhəbbət Əsədov, Aytən Baxışova, Günay Cəbrayılova və Aygün Tağıyeva görüşə və təbrikə görə BANM-in rektoruna minnətdarlıqlarını bildiriblər.

Görüşdə BANM-in müəllimləri və tələbələri də iştirak ediblər.

Qeyd edək ki, birinci ixtisas qrupu üzrə keçirilən imtahanlarda 700 bal toplamış beş abituriyentdən dördü BANM-i seçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.