CƏMİYYƏT


BANM-ın tələbələri BP-də istehsalat təcrübəsi keçirlər

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) III və IV kurslarında təhsil alan 17 tələbəsi BP şirkətində ödənişli əsaslarla 10 həftəlik yay istehsalat təcrübəsi keçir.

BANM-dan AZƏRTAC-a bildiriblər ki, iyulun 1-dən başlayan istehsalat təcrübəsi zamanı komanda işi ilə tanış olan tələbələr ən son avadanlıq və texnologiyalardan istifadə edərək şirkətin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birgə müxtəlif layihə və əməliyyatlar həyata keçirirlər.

Tələbələr təcrübə müddətində quyuların qazılması və tamamlanması, qazma məhlulları texnologiyası, avadanlığın quraşdırılması, keyfiyyətə zəmanət və nəzarət məsələləri ilə bağlı reallaşdırılan xüsusi layihələrdə iştirak edəcəklər. Onlar, həmçinin yataqların işlənməsi və neft-qaz hasilatı texnologiyaları ilə tanış olacaq, neft-qaz yataqlarının kəşfiyyatına və işlənilməsinə cəlb ediləcəklər. Bundan başqa, təcrübə zamanı tələbələrin əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə dair heyət daxilində keçiriləcək bütün tədbirlərdə iştirakı nəzərdə tutulub.

Beləliklə, tələbələr tədris zamanı yiyələndikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq, BP-nin mühəndislik standartları, üsulları, istehsalat zamanı təhlükəsizlik və etika qaydaları ilə tanış olacaq, zəngin iş təcrübəsi əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.