CƏMİYYƏT


BANM-in tələbələri “Emerson” şirkətində istehsalat təcrübəsində

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 17 tələbəsi iyulun 14-dən “Emerson Process Management” şirkətində yay istehsalat təcrübəsi keçir.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, rektor Elmar Qasımovun rəhbərliyi ilə bu ali məktəbin nümayəndələri istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti və onlar üçün yaradılan şəraitlə tanışlıq məqsədilə “Emerson Process Management” şirkətində olublar.

Rektor şirkətin satış üzrə meneceri, təcrübə proqramının rəhbəri Erkin İbrahimovla görüşüb. Görüşdə BANM rəhbərliyinə təcrübənin gedişatı və tələbələrin fəaliyyəti barədə məlumat verilib. E.Qasımov tələbələrə SOCAR tərəfindən onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyi və təcrübədə verilən tapşırıqlara məsuliyyətlə yanaşmağı tövsiyə edib.

Təcrübə zamanı tələbələr şirkət tərəfindən istehsal olunan qurğular və istifadə edilən idarəetmə sisteminin iş prinsipi və xüsusiyyətləri ilə tanış olurlar. Onlar, həmçinin müxtəlif texnoloji proseslərdə istifadə olunan təzyiq, temperatur, sərfiyyatı və səviyyəölçmə cihazları və idarəetmə sistemlərinin əsas iş prinsiplərini, idarəedici klapanların müxtəlif proqram vasitəsilə hesablanması və seçilməsini öyrənirlər. Təcrübə tələbələrin ilboyu auditoriyalarda əldə etdikləri nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə, gənclərin peşəkar kadr kimi yetişmələrinə kömək edəcək.

İstehsalat təcrübəsi iyulun 29-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.