CƏMİYYƏT


BANM-in tələbələri mükafatlandırılıblar

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC 

Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisası üzrə III və IV kurslarda təhsil alan yeddi tələbəsi “SOCAR UPSTREAM Management International MMC” şirkətində istehsalat təcrübəsi keçdikləri müddətdə yüksək səviyyəli bilik və bacarıq nümayiş etdirdiklərinə görə şirkət tərəfindən mükafatlandırılıblar və sertifikatlarla təltif olunublar.

Məktəbdən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov tələbələr üçün yaradılan şəraitdən danışıb. Qeyd edilib ki, bütün beynəlxalq şirkətlərlə, o cümlədən SOCAR və onun müəssisələri ilə əməkdaşlıq çərçivəsində hər il BANM-in tələbələri istehsalat təcrübəsi keçmək üçün müxtəlif müəssisələrə göndərilirlər. Həm ödənişsiz, həm də ödənişli əsaslarla təcrübə keçən tələbələr üçün şirkətlərdə yaradılan şəraitdən razılıq ifadə edən rektor tələbələrin bu müəssisələrdə özlərini doğrultmalarından məmnunluğunu bildirib. O, BANM-in məzunlarının yüksək ixtisaslı, ingilisdilli mütəxəssis kimi formalaşmasında ali məktəbin müəllimləri tərəfindən verilən yüksək səviyyəli tədris nəticəsində qazandıqları biliklərlə yanaşı, şirkətlərdə əldə etdikləri təcrübənin də mühüm rol oynadığını vurğulayıb.

SOCAR-ın vitse-prezidenti, “SOCAR UPSTREAM Management International MMC” şirkətinin icraçı direktoru Yaşar Lətifov BANM-in hazırda ölkəmizdə ən nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu deyib. Diqqətə çatdırılıb ki, bu ali məktəbin tələbələrinin istehsalat təcrübəsi zamanı nümunəvi davranış və peşələrinə böyük maraq sərgiləyiblər.

Qeyd edək ki, ötən ilin iyununda BANM ilə “SOCAR UPSTREAM Management International MMC” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.