Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BANQLADEŞ XALQ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BƏDRUDDOZA ÇOUDHURİYƏ

Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Banqladeş xalqını təbrik edirəm.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, dostluq və əməkdaşlıq əlaqələrimiz daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin