REGİONLAR
BƏRDƏ TAXILÇILARI SƏPİNƏ BAŞLAMIŞLAR
Bərdə rayonunun taxılçıları 2000 hektar sahədə payızlıq səpin aparmışlar.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Fəxrəddin Mahmudov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ötən il torpaq mülkiyyətçiləri 65 min 331 ton məhsul götürmüşlər. Hər hektarın məhsuldarlığı 33,4 sentner olmuşdur. Taxılçılar bu ildə səpinə mütəşəkkil hazırlıqla başlamışlar. Keyfiyyətli toxum fondu yaradılmış, sahələr vaxtında şumlanmış və suvarılmışdır. Bu il 20 min hektardan çox sahədə taxıl əkiləcəkdir. Məhsul istehsalını 75 min tona çatdırmaq nəzərdə tutulmuşdur. İndi bütün qüvvələr səpini aqrotexniki müddətdə başa çatdırmağa səfərbər edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]