İQTİSADİYYAT
BAYRAM GÜNLƏRİNDƏ ƏHALİ FASİLƏSİZ ELEKTRİK ENERJİSİ İLƏ TƏMİN OLUNACAQDIR
“Barmek” şikətinin idarəetməyə götürdüyü Bakı və Sumqayıt şəhərlərində, eləcə də Xızı, Dəvəçi, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarının ərazilərində dekabrın 30-dan başlayaraq, üç gün ərzində əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqdır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar “Barmek”in prezidenti Hüseyn Arabul bütün rayon enerji satışı idarələrinə gücləndirilmiş rejimdə işləmək barədə xüsusi göstəriş vermişdir. Bayram günlərdə həm də texniki heyət istənilən nasazlığın qarşısını almağa hazır vəziyyətdə olacaqdır. Eyni zamanda, şirkət rəhbərliyi əhalidən israfçılığa yol verməməyi, o cümlədən qeyri-standart qızdırıcılardan istifadə etməməyi də xahiş edir.