ELM VƏ TƏHSİL
BDU Bolqarıstan Elmlər Akademiyası və Almaniya institutu ilə əməkdaşlıq edəcək
IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizin dinamik inkişaf etdiyini bildirib.
Rektor IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən akademik A. Məhərrəmov elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Çıxış edən akademik Stefan Vodeniçarov və professor Hans Yorq Albrext BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Sonra əməkdaşlığa dair müqavilələr imzalanıb.
Sənədlərdə tələbə, tədqiqatçı və doktorantların mübadiləsi, birgə simpozium, seminar, konfransların keçirilməsi və s. məsələlər nəzərdə tutulub.