ELM VƏ TƏHSİL


BDU Ufa universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 10 may, AZƏRTAC

Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru, professor Ramil Baxtizinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi təhsil müəssisəsi barədə ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən danışıb.

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor Ramil Baxtizin UDNTU-nun fəaliyyətindən bəhs edib, BDU ilə əməkdaşlığın səmərəli olacağına əminliyini vurğulayıb.

Sonra müəllim-tələbə mübadiləsi, birgə magistr, doktorant hazırlığı, konfrans və simpoziumların keçirilməsi və s. kimi məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.