ELM VƏ TƏHSİL
BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Uruqvay Katolik Universiteti İslam kafedrasının və Ərəb Humanitar Təhsili Ümumdünya Departamentinin müdiri, ərəb və İslam araşdırmaları üzrə fəlsəfə doktoru Susana Manqana Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi təhsil müəssisəsində ərəb dili və ədəbiyyatının tədrisindən, ərəb elmi məktəblərindən danışıb, bu istiqamətdə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
S.Manqana universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.
Sonra əməkdaşlıq, birgə seminar və konfransların keçirilməsi, yay məktəblərinin təşkili məsələləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]