ELM VƏ TƏHSİL


BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Bakı, 29 dekabr, M.Dadaşov, AZƏRTAC

Dekabrın 29-da Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib. Vurğulanıb ki, bu tarix ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin rəmzidir. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə, o cümlədən təhsil və elm sahəsində inkişaf müşahidə olunur, bir sıra uğurlara imza atılır. Azərbaycanın qazandığı nailiyyətlər, qüdrətli bir dövlətə çevrilməsi hər birimizi sevindirir. Bundan sonra da hamımız həmrəy olmalı, dövlətimizin və dövlətçiliymizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq.

Rektor diqqətə çatdırıb ki, 31 dekabr tarixinin qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilib. A.Məhərrəmov bayramlar münasibətilə xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.

BDU-nun sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və tarix fakültəsinin müəllimi Səidə Quliyeva xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən, müvafiq istiqamətdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu dövlət siyasətindən danışıblar. Natiqlər Ümummilli Liderin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayının əhəmiyyətini vurğulayıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.