ELM VƏ TƏHSİL
BDU-da EONANO TEMPUS layihəsinin birinci mərhələsi başa çatıb
Bakı, 27 yanvar, AZƏRTAC
İtaliyanın Sapienza Roma Universitetinin koordinatorluğu ilə Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən EONANO TEMPUS layihəsinin birinci mərhələsi başa çatıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, layihədə iştirak edən universitetlərin professor və müəllimləri tərəfindən bu mərhələdə ECONANO tələbələrinə üç ay müddətində altı moduldan ibarət doqquz fəndən mühazirələr oxunub, praktiki məşğələlər və laboratoriya dərsləri keçirilib.
Sapienza Roma Universitetinin professoru Luka Di Palma tələbələrdən imtahan götürüb. İmtahanı müvəffəqiyyətlə verən tələbələrdən doqquzu Sapienza Roma Universitetində, iki nəfər Yunanıstanın Patras Universitetində və bir nəfər isə Fransanın Paris 13 Universitetində üç ay müddətində təhsil almaq üçün seçilib.
Tələbələrin təhsili ECONANO layihəsinin maliyyə dəstəyi ilə reallaşdırılacaq.