ELM VƏ TƏHSİL
BDU-da “Vətənim... Qarabağım... bölünməz Azərbaycanım” adlı tədbir olub
Bakı, 24 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Vətənim... Qarabağım... bölünməz Azərbaycanım” adlı tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbdə təhsil alan xarici tələbələrin təşkil etdikləri tədbirdə universitetin müəllim və tələbələri iştirak ediblər.
BDU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova universitetin dünyanın bir sıra ali təhsil ocaqları ilə əməkdaşlığından danışıb, tədbirin əhəmiyyətini qeyd edib.
Sonra Türkiyə, Pakistan, Türkmənistan, Nigeriya və Çindən olan tələbələr müxtəlif dillərdə Azərbaycanın tarixi yerləri və şəxsiyyətləri barədə məlumat verib, milli adət-ənənələrimizi əks etdirən təqdimatlarla çıxış ediblər.