ELM VƏ TƏHSİL
BDU-da birinci kurs tələbələri ilə görüşlər keçirilir
Bakı, 23 sentyabr (AZƏRTAC). Bakı Dövlət Universiteti (BDU) tələbə həmkarlar ittifaqı komitəsi ənənəvi olaraq həyata keçirdiyi birinci kurs tələbələri ilə görüşlərinə başlayıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağının hüquq və geologiya fakültələrinin tələbələri ilə keçirilən görüşdə BDU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov son illərdə ölkədə həyata keçirilən quruculuq işləri, tələbələr üçün yaradılan yeni texnologiyalar barədə ətraflı məlumat verib.
Sədr universitetdə olan tədris prosesi, daxili nizam-intizam qaydaları haqqında söz açıb və hər bir tələbəni dərslərində bacarıqlı olmağa səsləyib.
İdman kafedrasının müdiri Akif Atakişiyev universitetdəki idman zalları, idman klubları haqqında məlumat verib.
Sonra universitetdə keçirilən layihələr barədə məlumatlar diqqətə çatdırılıb.