CƏMİYYƏT


BDU-da növbəti tyutor hazırlığı kursları başa çatıb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) növbəti tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov 2008-ci ildən başlayaraq Avropa İttifaqının “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Bolonya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kurslarının keçirildiyini diqqətə çatdırıb. Artıq səkkiz ildir ki, Bolonya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə BDU və digər universitetlər üçün ümumilikdə 264 tyutor hazırlanıb.

Qeyd edilib ki, BDU və digər ali təhsil ocaqları üçün təşkil olunmuş səkkizinci tyutor hazırlığı kursları 2015-ci il noyabrın 1-dən 2016-cı il iyunun 30-dək işini davam etdirib. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 19-u A-sertifikatına (qırmızı), dördü B-sertifikatına (göy) layiq görülüb.

Kursu bitirənlərin əksəriyyəti fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediliblər.

BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev indiyədək keçirilmiş tyutor hazırlığı kursları ilə bağlı təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.