ELM VƏ TƏHSİL
BDU ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 12 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində bu ali məktəbin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva universitetdə qazanılan uğurlardan danışıb.
ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Sonra anlaşma memorandumu imzalanıb.
Memorandumda müvafiq sahədə əməkdaşlıq, birgə kadr hazırlığı, istehsalat-çöl təcrübələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması və digər məsələlər nəzərdə tutulur.