CƏMİYYƏT


BDU ilə İtaliya və Monteneqro universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İtaliya, Monteneqro, İspaniya və Macarıstan universitetlərinin nümayəndələri Bakı Dövlət Universitetində (BDU) olublar.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, qonaqlarla keçirilən görüşdə universitetin rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib. BDU-nun son illər elm və təhsil sahəsində beynəlxalq əlaqələrinin daha da genişləndiyini deyən akademik A.Məhərrəmov belə görüşlərin universitetlər arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollinini, Kassino və Cənubi Lazio Universitetinin rektoru Covanni Bettani, Monteneqronun Donya Qoritsa Universitetinin rektoru Veselin Vukotiçi BDU-da keçirilən görüşdən məmnunluqlarını ifadə ediblər. Qonaqla təmsil etdikləri universitetlərin fəaliyyət istiqamətləri, ixtisaslaşma məsələləri haqqında danışıblar.

Sonda BDU ilə İtaliya və Monteneqro universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.