CƏMİYYƏT


BDU-nun Qazax filialı qabaqcıl təhsil müəssisəsinə çevriləcək

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) balansına verilən bu təhsil ocağının Qazax filialında rayon rəhbərliyi ilə universitet kollektivinin birgə tədbiri keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin elm, təhsil sahəsinə göstərdiyi böyük diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, BDU-nun Qazax filialında təhsilin səviyyəsinin artırılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Universitetin tanınmış professor-müəllim heyətinin filiala ezam olunması, təhsil ocağının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, yeni tədris korpusları və yataqxanaların inşa edilməsi də daxil olmaqla, filialın regionda aparıcı təhsil müəssisəsinə çevrilməsi üçün zəruri addımlar atılacaq. Məqsəd gələcək nəslin müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssis kimi yetişdirilməsidir.

Son illər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışan Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, universitetin Qazax filialı üçün inşa olunacaq yeni tədris korpusları və yataqxanalar rayonun gözəlliyini daha da artıracaq.

BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev dövlətimizin başçısının elm, təhsil sahəsinə daim xüsusi önəm verdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.