ELM VƏ TƏHSİL
BDU-nun doktorantı 5-ci “Mobillik qrantı” layihəsinin qaliblərindən biri olub
Bakı, 18 sentyabr (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı və doktorantı Elvin Məlikov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi 5-ci “Mobillik qrantı” layihəsinin qaliblərindən biri olub.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, E. Məlikov Macarıstanın Szeged Universitetinin təbiət elmləri və informatika fakültəsinin Tətbiqi və ətraf mühit kimyası kafedrasında “Mikrostruktur analiz metodları və mexaniki sınaqlar” istiqamətində 30 gün müddətində təcrübə keçəcək.
Məqsəd Avropanın qabaqcıl universitetlərinin müvafiq istiqamətdə təcrübəsinin Bakı Dövlət Universitetində elmi tədqiqatlarda istifadəsini təşkil etməkdən ibarətdir.
Xatırladaq ki, E. Məlikov Avropa İttifaqının 7-ci Çərçivə layihəsi ilə yanaşı, daha bir neçə layihənin qaliblərindəndir.