CƏMİYYƏT


BDU-nun professorunun kitabı Moskvada nəşr edilib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) fiziki elektronika kafedrasının professoru Şahlar Əsgərovun “Kamilliyə doğru” (“Путь к совершенству”) kitabı Moskvanın “FLİNTA” və “NAUKA” nəşriyyatları tərəfindən çap edilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, kitabda ictimai həyatın bir sıra problemlərinin yeni kriteriya tətbiq olunmaqla öyrənilməsinin nəticələri təqdim olunub. Nəşrdə, eyni zamanda, bəşəriyyət tarixinin inkişafının birinci mərhələsindən ikinciyə keçidin dinamikası, gələcəyə aparan “yolun sonu” təhlil edilir.

Kitab bu il sentyabrın 7-dən 11-dək Moskvada keçirilmiş XIX beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.