İDMAN
BEGOC-un əməkdaşları yoldaşlıq oyununda qalib gəliblər
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşlarından ibarət komanda ilə “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) nümayəndələrindən təşkil olunan kollektiv arasında yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, oyunda topa ilk zərbəni futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov və U-21 qızlar yığmasının üzvü Nigar Cəlilli endiriblər.
Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 3:2 hesabı ilə BEGOC təmsilçilərinin xeyrinə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]