MƏDƏNİYYƏT
“BEŞMƏRTƏBƏLİ EVİN ALTINCI MƏRTƏBƏSİ” TÜRKİYƏ SƏHNƏSİNDƏ
İstanbulun Məöhsun Ərtoğrul teatrı dekabrın 16-da yeni mövsümə xalq yazıçısı Anarın bu əsəri ilə başlamışdır. Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, tanınmış incəsənət xadimi, rejissor Can Doğanın hazırladığı, baş rollarda Sevil Akı və Çengiz Tangörün çıxış etdikləri tamaşa sənətsevərlər tərəfindən alqışlarla qarşılandı.
Tamaşadan sonra İstanbul Böyük Şəhər Bələdiyyəsi Mədəniyyət Departamentinin sədri Şenol Dəmiröz bu əsərin ölkənin digər teatrlarında da nümayiş etdiriləcəyini, teatrın qastrol səfərlərinin repertuarına da salınacağını vurğuladı.
Xalq yazıçısı Anar əsərin uğurla səhnələşdirildiyinə görə teatrın yaradıcı kollektivinə və bütün sənətsevərlərə təşəkkürünü bildirdi.
X X X
Dekabrın 17-də İstanbulda təşkil olunmuş beynəlxalq kitab yarmarkasında Anarın “Dialoq avrasiya nəşriyyatı” tərəfindən yenicə buraxılmış “Dantenin yubileyi” kitabı da nümayiş etdirildi.
Türkiyənin nüfuzlu “Star” televiziya kanalında yazıçı ilə müsahibə yayımlandı.