İQTİSADİYYAT
“B.EST Solutions” şirkəti korporativ xəbər bülletenini təqdim edir
Bakı, 10 oktyabr, AZƏRTAC
Bu ilin oktyabr ayından başlayaraq “B.EST Solutions” şirkəti özünün xəbər bülleteninin onlayn yayımına başlayıb.
AZƏRTAC xəbər verir ki, ilkin olaraq ayda bir dəfə oxuculara təqdim ediləcək bülletendə “B.EST Solutions” şirkətinin cari fəaliyyəti və həyata keçirdiyi layihələr haqda məlumatlar, eləcə də şirkətin operatoru olduğu “ASAN imza” mobil elektron imza xidməti haqda xəbərlər əksini tapacaq.
Bülletenin avqust-sentyabr ayları üzrə ilk buraxılışı artıq yayılıb. Bülletenə abunə olmaq istəyənlər birbaşa “B.EST Solutions” şirkətinin elektron ünvanına müraciət edə, həmçinin “B.EST Solutions” və “ASAN imza” rəsmi “Facebook” səhifələrində yerləşdirilmiş müvafiq tətbiqdən istifadə edə bilərlər. Yaxın zamanlarda “B.EST Solutions” şirkətinin və “ASAN imza” xidmətinin saytlarında da bülletenə abunə olmaq imkanı yaradılacaq.