SİYASƏT
BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİ ƏDLİYYƏ NAZİRLİYİ İLƏ ƏMƏKDAŞLIĞI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Yanvarın 24-də Azərbaycan ədliyyə nazirinin müavini general-mayor A.Qasımov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Florens Kornaz və bu təşkilatın əməkdaşları ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri cəzaçəkmə müəssisələrində ağ ciyər vərəminin müalicəsi üçün Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bu işdə Məhkəmə Qərarlarının İcrası Baş idarəsi rəhbərliyinin daimi dəstəyini xüsusi qeyd etmişlər.
General-mayor A.Qasımov BQXK-i ilə səmərəli əməkdaşlığın qurulduğunu bildirmiş, eyni zamanda vərəmli xəstələrin intensiv müalicəyə cəlb edilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə penitensiar müəssisələrdə əməkdaşların sağlamlığının qorunması üçün lazımi tibb avadanlığının alınması, habelə digər mühüm məsələlər də müzakirə edilmişdir. Tərəflər əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışlar.