DÜNYA
BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞLƏR
6-10 may 2002-ci il tarixdə İsveçrənin Bern şəhərində “Dünya ticarət sistemində təhlükəsizlik, antidempinq və kompensasiya tədbirləri” mövzusunda seminar keçirilmişdir.
Seminarda Azərbaycan, Qazaxıstan, Oırğızıstan, Tacikistan və Türkmənistanın nümayəndələri iştirak etmişlər. Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları təmsil etmişlər.
Seminar İsveçrə və Ümumdünya Ticarət İnstitutunun üzvolma təlim-kurs proqramı ilə birgə təşkil olunmuşdur.
Seminara rəhbərliyi proqramın tədris üzrə direktoru Saymon Lessi həyata keçirmişdir.
Seminar ÜTT sazişləri çərçivəsində və ümumdünya ticarət sistemində ticarət əlaqələri, dempinq, subsidiya və güzəştlər, zərərin müəyyən olunması və s. mövzuları əhatə etmişdir.
Tədbirdə dempinqin mövcudluğunun aşkar edilməsi və lazımi antidempinq tədbirlərinin həyata keçirilməsi üçün tələb olunan şərtlər, dempinqin hesablanma qaydaları və üsulları, subsidiyalar, onun elementləri və müxtəlif kateqoriyaları haqqında məlumat verilmiş, antidempinq və kompensasiya tədbirləri ilə bağlı müzakirələr aparılmışdır.
Seminar başa çatdıqdan sonra iştirakçılara müvafiq sertifikatlar verilmişdir.