Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

BEYNƏLXALQ TURNİR BAŞA ÇATDI

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXVI beynəlxalq Bakı turniri başa çatmışdır. 

Sentyabrın 29-da Bakı İdman Sarayında kişilər 60, 66 və 73 kiloqram, qadınlar isə 48 kiloqram çəki dərəcələrində medallar uğrunda mübarizə aparmışlar. 60 kiloqram çəki dərəcəsində Gürcüstan nümayəndəsi Ruslan Gelamidze final görüşündə Azərbaycan idmançısı İlham Məmmədova qalib gəlmişdir.

Cüdo həvəskarları 66 kiloqram çəki dərəcəsində ikiqat Avropa çempionu Elçin İsmayılovun qələbəsinə şübhə etmirdilər. Belə də oldu, idmançımız bütün görüşləri inamla keçirdi, finalda isə həmklubu Namiq Sultanova xal hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

73 kiloqram çəki dərəcəsində isə qızıl medala hərbçilər arasında dünya çempionu Şahin Arzumanov sahib oldu. O, finalda Zaur Paşayevə qalib gəldi.

Azərbaycan idmançıları Rəşad Quliyev, Ramil Qasımov, Emin Fətullayev, habelə Anton Novikov (Belarus), Bekdaş Dəmirəl (Türkiyə) və Hacı Zabitov (Rusiya) həmin çəki dərəcələrində bürünc medallar qazandılar.

Qadınlar arasında Aynurə Əhmədova ilə Afaq Sultanovanın final görüşü birincinin qələbəsi ilə başa çatdı. Asya İsmayılova və Türkmənistan idmançısı Pərvanə Ağacanova üçüncü yer tutdular.

Azərbaycan cüdoçuları komanda hesabında birinci yerə çıxdılar.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev 66 kiloqram çəki dərəcəsində mükafatçılara medallar və hədiyyələr, Elçin İsmayılova isə qızıl medalla bərabər, ilin ən yaxşı cüdoçusu kimi VAZ-2106 markalı “Jiquli” avtomobilinin açarlarını da təqdim etdi.

Digər qaliblərə mükafatları gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, turnirin təşkilat komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Avropa Cüdo federasiyasının prezidenti Marius Vizir və Türkiyə Cüdo federasiyasının prezidenti İbrahim Öztək təqdim etdilər.

X X X

Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev turnirin bağlanış mərasimində çıxış edərək dedi ki, biz bu iki gündə Bakıda daha bir beynəlxalq idman yarışının şahidi olduq. Azərbaycan idmançıları yenə də böyük ustalıq nümayiş etdirdilər və ölkəmizin şərəfini uca tutdular. Nazir beynəlxalq turnirin keçirilməsinə köməyinə görə Milli Olimpiya Komitəsinə, habelə yarışların yüksək səviyyədə təşkilinə görə Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.

Avropa Cüdo federasiyasının prezidenti Marius Vizir Azərbaycanda idmanın inkişafında, ölkəni dünya miqyasında tanıtmaqda xidmətlərinə görə, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə federasiyanın qızıl medalını və fəxri fərmanını təqdim etdi.

X X X

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İLHAM ƏLİYEV turnir başa çatdıqdan sonra respublika televiziyasına qısa müsahibə verdi:

MÜXBİR: İlham müəllim, sizi bir daha təbrik edirik. Strasburqda gərgin iş həftəsindən sonra Bakıda belə bir beynəlxalq turniri müşahidə edirsiniz. Bu da Azərbaycan Milli Olimpiya Komitəsinin idmana göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.

İLHAM ƏLİYEV: Bəli, bu gün doğrudanda Azərbaycanda növbəti idman bayramıdır. Mən dəfələrlə demişəm ki, Azərbaycan artıq beynəlxalq yarışların keçirilməsi üçün gözəl bir meydana çevrilibdir. Azərbaycanda mütəmadi olaraq beynəlxalq yarışlar - Avropa çempionatları, dünya çempionatları keçirilir. Biz çalışırıq və bilirik ki, nə qədər belə turnirlər keçirilsə, bu, bizim üçün o qədər faydalıdır. Çünki idmanın daha da geniş yayılmasına, idmançılarımızın təcrübə toplamasına xidmət edir. Ən əsası isə, Azərbaycanı beynəlxalq idman aləmində daha da tanıdır.

Bu turnirdə Avropa Cüdo Federasiyasının prezidenti cənab Marius Vizir də bizim qonağımızdır. O, bir müddət bundan əvvəl də Bakıya gəlmişdi. Onunla söhbətlərimiz olmuşdur. Bu dəfə də fürsətdən istifadə edərək, Azərbaycanda böyük beynəlxalq cüdo turnirləri keçirilməsi haqqında danışıqlar aparmışıq və deyə bilərəm ki, müəyyən razılığa gəlmişik. Yaxın gələcəkdə Bakıda cüdo üzrə “Qran-pri” turniri və yaxud “Cüdo master” turniri keçiriləcəkdir. Qeyd etmək istəyirəm ki, bu, əhəmiyyəti baxımından dünya çempionatından sonra ikinci yarışlardır. Çalışırıq ki, Azərbaycanda beynəlxalq yarışlar yüksək səviyyədə keçirilsin, biz də bu turnirləri izləyək və idmançılarımızın qələbələrinə sevinək.

MÜXBİR: Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin bir sözü idmançılarımızın yaddaşına həkk olunub: Olimpiya oyunlarına cəmi iki il qalmışdır.

İLHAM ƏLİYEV: Onu mən keçən il demişdim. Demişdim ki, cəmi üç il qalıbdır. İndi isə, cəmi iki il qalır. Gələcək olimpiya oyunlarında idmançılarımızın iştirakına mən çox nikbinliklə baxıram. Əminəm ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcək və böyük qələbələrlə Vətənə dönəcəklər.

MÜXBİR: Bir daha sizi təbrik edirik. Siz idmançılara xüsusi diqqət və qayğı göstərdiniz. Bu gün də Elçin İsmayılova belə bir qiymətli hədiyyə verildi. Yəqin ki, uğurlar davam edəcək və Milli Olimpiya Komitəsi yenə də öz hədiyyələrini verəcəkdir.

İLHAM ƏLİYEV: Bəli, belə də olacaqdır.

AZƏRTAC

Foto Namiq Məmmədovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib