Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BİZ BİR XALQIQ, İKİ ÖLKƏYİK
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ İLƏ ƏLAQƏDAR AZƏRTAC-IN XÜSUSİ MÜXBİRLƏRİNİN FOTOREPORTAJI

Ankaranın Esenboğa hava limanı çox təntənələrin şahidi olub, saysız-hesabsız qonaqlar qəbul edib. Amma fevralın 8-də hörmətli qonağın qarşılanma mərasimi doğma ab-havası ilə diqqəti daha çox cəlb edirdi. Həmin gün buraya toplaşan insanların sifətində də, havanın özündə də xoş bir istilik, mehribanlıq, ilıq bir intizar var idi. Gümüşü qanadlı təyyarə yerə enən kimi Esenboğa dost və qardaş ölkənin – Azərbaycan Respublikasının dövlət başçısını ən əziz qonaq kimi salamladı, bağrına basdı. Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl təyyarənin pilləkəni qarşısında Azərbaycan Prezidenti Heydər Əliyevi qolları arasına alıb qucaqladı. Nümayəndə heyətimizin üzvləri Türkiyə torpağına ayaq basdıqları andan özlərini doğma Vətəndə olduqları kimi hiss etdilər.

Azərbaycan dövlətinin başçısı qardaş ölkəyə Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə rəsmi səfərə getmişdi. Heydər Əliyev hava limanından birbaşa türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün məqbərəsinə yola düşdü. Anıtkabirdə onun məzarı üzərinə əklil qoydu, müqəddəs xatirəsini birdəqiqəlik sükutla yad etdi, xatirə kitabına öz ürək sözlərini yazdı. Daha sonra Heydər Əliyev “Əsri məzarlıq” qəbiristanına gedərək, xalqımızın görkəmli oğlu Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi.

Günün ikinci yarısında Türkiyə Cümhuriyyəti Prezidentinin iqamətgahında – “Çankaya” köşkündə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirildi. Ötən 70 ildə bir-birindən ayrı düşmüş iki qardaş ölkənin dövlət rəhbərləri burada bir daha hərarətlə salamlaşıb görüşdülər. Topların yaylım atəşləri altında orkestr iki respublikanın dövlət himnlərini ifa etdi, prezidentlər fəxri qarovulun sırası önündən keçib Türkiyə və Azərbaycanın bayraqları qarşısında baş əydilər.

Mərasimdən dərhal sonra hər iki prezident mətbuat işçiləri üçün bəyanat verdi. Süleyman Dəmirəl və Heydər Əliyev bir-birinə “əziz dostum, qardaşım” sözləri ilə müraciət edərək ölkələrimizin qarşılıqlı ənənələrini daha da möhkəmləndirməyin, inkişaf etdirməyin vacibliyindən danışdılar. Hər iki bəyanatda belə bir fikir ifadə olundu ki, Azərbaycan xalqı gücünü, qüvvəsini toplayaraq Ermənistanın işğalçı silahlı qüvvələrinə tezliklə layiqli cavab verəcək, öz ərazilərini düşməndən azad edəcəkdir. Bu sözlər gurultulu alqışlarla qarşılandı.

Həmin axşam “Çankaya” köşkündə Heydər Əliyevin şərəfinə böyük ziyafət verildi. Prezidentlər burada da nitq söylədilər. Qardaş xalqlarımızın şərəfinə badələr qaldırıldı.

Azərbaycan dövləti başçısının Türkiyə torpağında olduğu günlərin hər saatı, bəlkə də hər anı olduqca gərgin, səmərəli, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyan danışıqlara, görüşlərə sərf edilirdi. Elə birinci gün prezidentlərin rəhbərliyi altında ikitərəfli danışıqlar keçirildi. Bu, iki ölkə arasında muxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə imkan yaradan bir sıra mühüm sənədlərin imzalanması ilə nəticələndi.

Türkiyə Avropaya pəncərədir. İndiki inkişaf səviyyəsinə çatmaq üçün bu ölkə çox çətinliklərlə üzləşib. Tarixi keçmişi, qədim mədəniyyəti, incəsənəti ilə Şərq ölkələri arasında özünəməxsus yer tutan Türkiyə Avropanın dövlət quruculuğu təcrübəsini mükəmməl mənimsəyib. Ona görə də bugünkü Türkiyə gənc Azərbaycan Respublikası üçün həm bu ölkənin keçdiyi iqtisadi islahatlar yolunu, həm də demokratik hüquqi dövlət quruculuğu təcrübəsini öyrənmək baxımından xüsusi maraq doğurur. Odur ki, nümayəndə heyətimiz qardaş ölkədə ictimai-siyasi proseslərin axarını öyrənməyə də böyük diqqət yetirirdi.

Azərbaycan Prezidenti Heydər Əliyev ölkənin ayrı-ayrı siyasi partiyalarının liderləri ilə görüşlərə xüsusi yer ayırırdı. Türkiyənin keçmiş Prezidenti mərhum Turqut Özalın yaratdığı Ana Vətən Partiyası bu gün Türkiyədə ana müxalifət rolunu oynayır və hazırda hakimiyyətdə olan Doğru Yol Partiyası ilə ciddi rəqabət aparır. Ana Vətən Partiyasının baş katibi Məsud Yılmaz Türkiyədə tanınan nüfuzlu siyasətçilərdən biridir. Heydər Əliyev Məsud Yılmazla görüş keçirdi və onlar iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi apardılar.

Heydər Əliyev tanınmış siyasi xadim Alparslan Türkeş, Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykal ilə və digər xadimlərlə də görüşdü.

İnkişaf etmiş ölkələr sırasında olan Türkiyədə müxalifət və iqtidar münasibətlərində Qərbin nüfuzlu dövlətlərinin təcrübəsindən istifadə olunur. Hər iki tərəf ölkənin qanunlarına tabedir və dövlətin mənafeyinə zərər gətirən tədbirlərə heç kəs əl ata bilməz. Burada başlıca məqsəd hakimiyyətə kimin və yaxud hansı partiyanın gəlməsi deyil, əsas odur ki, hakimiyyətdə olan qüvvə dövlətin xarici və daxili siyasətini daha çevik həyata keçirə bilsin, ölkənin və xalqın mənafeyinə daha çox fayda verə bilsin. Hakimiyyətə gəlmək də tam demokratik şəraitdə mümkündür. Bunun üçün seçkilər əsl imtahandır. Hansı partiya öz proqramı ilə xalqı daha çox inandıra bilirsə, seçkilərdə də o qalib gəlir.

Bu mənada da Türkiyədəki siyasi proseslərin diqqətlə öyrənilməsinə Azərbaycanın hazırda böyük ehtiyacı vardır. Türkiyədə görüşdüyümüz, təmasda olduğumuz adamların bəziləri Azərbaycandakı iqtidar-müxalifət münasibətlərindən tez-tez söhbət açırdılar. Bu adamların hamısı Heydər Əliyevi dünyanın görkəmli siyasi xadimlərindən biri kimi qiymətləndirirdi. Bütövlükdə Türkiyə Cümhuriyyətində də siyasət adamlarının bir çoxunun fikri belədir ki, Azərbaycanı indiki müharibə və dərin böhran şəraitindən yalnız və yalnız Heydər Əliyev çıxara bilər.

Türkiyədə sadə adamlar da imkan düşəndə bizə yaxınlaşıb Azərbaycandakı müxalifət qüvvələrin bəzi yersiz hərəkətlərindən narahatlıqla söhbət açır və bildirirdilər ki, müharibə aparan ölkənin bütün vətəndaşları ümumxalq mənafeyinə xidmət etməli, vəzifə iddialarını kənara qoyub təcavüzkara layiqli cavab verilməsinə çalışmalı, yalnız bundan sonra öz siyasi məqsədlərinə əməl etməlidirlər.

Türkiyənin iş adamları Azərbaycana böyük maraq göstərirlər. Respublikamız müstəqillik əldə etdikdən sonra iqtisadi əməkdaşlıq sahəsində ilk addımlar atılmış, iki ölkənin birgə müəssisələri fəaliyyətə başlamışdır. Lakin əlaqələrimizin daha böyük perspektivləri var. Ona görə də hər iki tərəf çoxcəhətli əməkdaşlığı daha da sıxlaşdırmaq niyyətindədir.

Azərbaycan Prezidenti Heydər Əliyev səfər müddətində işgüzar dairələrin nümayəndələri ilə görüşlərə də geniş yer ayırdı, həm Ankarada, həm də İstanbulda Türkiyə biznesmenlərinin böyük bir dəstəsi ilə görüşdü. Bu görüşlər zamanı bir daha aydın oldu ki, Türkiyənin iş adamlarının demək olar ki, hamısı Azərbaycana sərmayə qoymaq, birgə müəssisələr yaratmaq, əlaqələri daha da inkişaf etdirmək arzusundadır. Respublikamızın Prezidenti qətiyyətlə bildirdi ki, onların Azərbaycanda iş görməsi üçün hər cür şərait yaradılacaqdır. Heydər Əliyev dedi ki, biz əlaqələrin genişləndirilməsinə yol açmışıq və bundan sonra da açacağıq. Çünki Azərbaycan öz iqtisadiyyatını sərbəst iqtisadiyyat prinsipləri əsasında qurmaq və inkişaf etdirmək məramındadır. Biz çox istərdik ki, Türkiyənin iş adamları, xüsusən sənaye, kənd təsərrüfatı sahəsində, sosial sahədə mükəmməl texnologiyalara malik böyük şirkətləri, firmaları Azərbaycanın şirkətləri, iş adamları ilə, o cümlədən bizim böyük müəssisələrimizlə sıx əməkdaşlıq etsinlər. Heydər Əliyev daha sonra dedi: Azərbaycanda bunun üçün böyük imkanlar var və mən sizi bu imkanlardan səmərəli istifadə etməyə çağırıram. Çünki bunun həm iqtisadi, həm mənəvi, həm də siyasi əhəmiyyəti vardır.

Ankarada Türkiyə ilə Azərbaycan arasında 16 mühüm sənəd imzalandı. Heydər Əliyev və Süleyman Dəmirəl iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqaviləni imzaladılar. Ayrı-ayrı sahələrdə, xüsusilə iqtisadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət, gömrük əlaqələri barədə sazişlər də bağlandı.

Azərbaycan Respublikasının Prezidenti Türkiyənin Höcəttəpə Universitetinin Fəxri doktoru adına layiq görüldü. Bununla əlaqədar universitetdə keçirilən görüş səfərin ən unudulmaz hadisələrindən biri oldu. Mərasimdə dövlət başçımıza fəxri diplom təqdim olundu. Türkiyənin məşhur elm ocaqlarından biri olan Höcəttəpə Universitetinin professor-müəllim heyəti türk dünyasının görkəmli siyasi xadimi Heydər Əliyevə bu ali məktəbin Fəxri doktoru adı verilməsindən məmnunluqla söhbət açdılar. Azərbaycan Prezidentinin mərasimdəki çıxışı böyük diqqətlə dinlənildi.

Bilkənd Universiteti idarə heyətinin sədri, Azərbaycanın yaxın dostu İhsan Doğramacının evində Heydər Əliyev ilə görüş də yaddaqalan və unudulmaz hadisə idi.

Türkiyə səfəri zamanı Azərbaycan Prezidentinin görüşləri sübh tezdən ta gecədən xeyli keçənədək davam edirdi. Dövlətimizin başçısının Türkiyə parlamenti üzvləri ilə görüşü də səfərin mühüm hadisələrindən biridir. Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvləri qarşısında geniş nitq söylədi, Azərbaycanın müasir vəziyyətindən danışdı, iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi proqramını şərh etdi. Bu çıxış dərin maraq, böyük rəğbət doğurdu, dəfələrlə alqışlarla qarşılandı.

Heydər Əliyev Türkiyədəki xarici ölkə səfirlərinin və diplomatik heyətin üzvlərinin qarşısında da çıxış etdi. Maraqlı keçən görüşdən sonra bütün xarici diplomatlar növbə ilə Prezidentimizə yaxınlaşdılar, onunla görüşüb qısaca da olsa söhbət etdilər.

Azərbaycan Prezidentinin rəsmi səfərinə Türkiyənin bütün dairələrində, xüsusən siyasət aləmində maraq böyük idi. İstanbulda “Sülh və səbr” devizi altında keçirilmiş beynəlxalq dini konfransın bir qrup nümayəndəsi ilə görüş sübut etdi ki, dövrün bu görkəmli dövlət xadiminə dünyanın din xadimləri də rəğbət göstərirlər. Heydər Əliyev konfrans iştirakçılarına Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında geniş söhbət açdı. Prezident dedi ki, insanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. Müxtəlif dinləri təmsil edən xadimlərin toplaşaraq, bütün dünya xalqlarını narahat edən bir məsələni – vicdana çağırış, sülh, səbr məsələlərini müzakirə etməsi buna canlı sübutdur. Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə, süni surətdə yaradılmış “Qarabağ problemi”nin əsl mahiyyəti barədə din xadimlərində obyektiv təsəvvür yaratdı və bildirdi ki, Azərbaycan müharibə istəmir. Biz məsələnin sülhlə həll olunmasına tərəfdarıq. Lakin təcavüzkarlar tutduqları ərazidən çıxıb getməsələr, Azərbaycan xalqı, ordumuz işğalçılara layiqli cavab verəcəkdir.

İstər Ankarada, istərsə də İstanbulda yaşayan soydaşlarımız Azərbaycan Prezidenti ilə görüş keçirməyə, söhbətlər aparmağa çox can atırdılar. Proqram nə qədər gərgin olsa da, Heydər Əliyev buna həvəslə vaxt ayırır, onlarla görüşməyə razılıq verirdi. Ankarada və İstanbulda keçirilən bu görüşlərdə Prezident respublikamızda cərəyan edən ictimai-siyasi proseslər, Ermənistanın Azərbaycana qarşı təcavüzü, müharibənin gedişi barədə geniş söhbət açdı və bildirdi ki, harada yaşayır-yaşasın, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda respublikadan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüş də səmimilik, mehribanlıq, fikir birliyi şəraitində keçdi.

...Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çox uğurlu oldu, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Səfərin ən böyük uğuru budur ki, kökü bir, dili, dini bir olan xalqlarımız 70 illik ayrılıqdan sonra, bir-biri ilə sıx ünsiyyət saxlamağa imkan tapdıqdan sonra öz əlaqələrini daha da yaxınlaşdırmağa, möhkəmləndirməyə başlamışlar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Ankara-İstanbul-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO