DÜNYA


BMT: 2100-cü ildə dünya əhalisinin sayı  11 milyard nəfərə çatacaq

Bakı, 22 iyun, AZƏRTAC

2050-ci ildə dünya əhalisinin sayı təxminən 10 milyard nəfərə çatacaq, daha 50 il sonra isə 11 milyardı ötəcək.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu faktlar BMT-nin dərc olunmuş tədqiqatında əksini tapıb.

Hazırda planetimizdə 7,4 milyarda qədər insan yaşayır. Məlumatda, həmçinin bildirilir ki, proqnozlara əsasən, növbəti 13 ildə dünya əhalisi bir milyarddan bir qədər çox artaraq, 2030-cu ildə 8,6 milyard nəfərə çatacaq. Sonra 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərədək artacaq.

Qeyd olunur ki, Yer əhalisi əvvəllər olduğundan zəif templə çoxalacaq: on il əvvəl əhali artımı 1,24 faiz təşkil edirdi, indi isə artım 1,10 faizdir. 2050-ci ilədək əsas artım Hindistan, Nigeriya, Konqo, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyada gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.