İQTİSADİYYAT


BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə tədbirlərin reallaşdırılmasına 70 milyon dollar ayrılacaq

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi Azərbaycan hökuməti və xalqına bir sıra sahələr üzrə inkişafa dəstəyi nəzərdə tutur. Çərçivə Sənədi üzrə nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına təxminən 70 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai deyib.

"Vəsaitlər BMT, Avropa İttifaqı, Azərbaycan hökuməti, müxtəlif fondlar və digər donorlar tərəfindən təqdim ediləcək. Saziş çərçivəsində yeni iş yerlərinin yaradılması, səhiyyə, təhsil sahələrinin inkişafı, aqrar sektorun istehsalının artırılması, ətraf mühitin mühafizəsi və digər sahələr diqqət mərkəzində olacaq", - deyə Q.İsakzai qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.