DÜNYA


BMT Baş Assambleyasının işini 3 min jurnalist işıqlandıracaq

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 20-dən 26-dək BMT-nin Nyu-York şəhərində yerləşən mənzil qərargahında baş tutacaq Baş assambleyanın ümumi-siyasi müzakirələrini və digər tədbirləri işıqlandırmaq üçün dünyanın onlarla ölkəsindən təxminən 3 minə yaxın jurnalist akkreditasiyadan keçib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın akkreditasiya və KİV-lərlə iş şöbəsindən bildiriblər.

“Yüksək səviyyəli həftə” ərzində BMT-nin mənzil-qərargahı və ona bitişik küçələr güclü mühafizə olunacaq. Orada yaşayan əhali isə yalnız şəxsiyyət vəsiqəsi və yaşayış yerini təsdiqləyən müvafiq sənədləri təqdim etməklə əraziyə daxil ola biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.