DÜNYA


BMT Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsdin üstü açılıb

Bakı, 28 may, AZƏRTAC

Mançesterdə partlayış törətmiş terrorçunun kiçik qardaşı BMT-nin Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsd hazırlayıbmış.

AZƏRTAC xəbər verir ki, bu barədə Telegraph qəzeti məlumat yayıb. Xəbərə görə, Haşim Abedi və iştirak etdiyi terror qruplaşması BMT missiyasının rəhbəri Martin Koblerə onun 2017-ci ilin əvvəlində Tripoliyə səfəri zamanı hücum etməli idi. Hüquq-mühafizə orqanları bir neçə ay Abedini izləyib və terrorun qarşısını almaq mümkün olub. Haşim Abedi Mançesterdəki qardaşından gələn 3,2 min dolları almaq üçün banka gedərkən həbs olunub. Hazırda Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin əməkdaşları Liviyada təhqiqatlar aparırlar.

Qeyd edək ki, mayın 22-də Mançesterdə konsert zalında baş verən partlayışda 22 nəfər ölüb, 66 nəfər yaralanıb. Ölənlərin 12-si uşaq olub, 23 yaralının vəziyyəti ağır qiymətləndirilir. Partlatışı terrorçu-kamikadze törədib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.