CƏMİYYƏT


BMT: Hər il təxminən 15 milyon qız 18 yaşına çatmamış nikaha girir

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

BMT-nin Baş Məclisi bütün dünyada geniş yayılmış erkən və məcburi nikahların qadağan olunması ilə bağlı qətnamə qəbul edib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, hər il təxminən 15 milyon qız 18 yaşına çatmamış nikaha girir.

Sənəddə bildirilir ki, Baş Məclis dövlətləri qızların həyatını təhlükə altında qoyan erkən və məcburi nikahların qarşısının alınması ilə bağlı kompleks tədbirlər görməyə, uşaqların müdafiə sistemini gücləndirməyə çağırır.

Qətnamədə qeyd olunur ki, erkən nikahlar qızları bir çox imkanlardan məhrum edir, onların zorakılıq və qəddar davranışın qurbanı olmaq riskini artırır və sağlamlıqları üçün təhlükə törədir. Erkən nikahlar, həmçinin arzuolunmaz hamiləliyə və ana ölümü hallarının sayının çoxalmasına səbəb olur.

Son 30 ildə kiçikyaşlı gəlinlərin ümumi sayında azalma baş versə də, erkən nikahlarla bağlı problemləri tam şəkildə həll etmək mümkün olmayıb. Erkən nikahlar kənd yerlərində və əhalinin yoxsul təbəqəsi arasında daha geniş yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.