Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BMT-NIN BAŞ MƏCLISININ 2106A (XX) NÖMRƏLI 1965-CI IL 21 DEKABR TARIXLI QƏTNAMƏSI ILƏ QƏBUL EDILMIŞ IRQI AYRI-SEÇKILIYIN BÜTÜN FORMALARININ LƏĞV EDILMƏSI HAQQINDA BEYNƏLXALQ KONVENSIYA ÜZRƏ AZƏRBAYCAN RESPUBLIKASI HÖKUMƏTININ ÜÇÜNCÜ DÖVRI MƏRUZƏSININ HAZIRLANMASI VƏ BMT-NIN BAŞ KATIBINƏ TƏQDIM OLUNMASI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

BMT-nin Baş Məclisinin 2106A (XX) nömrəli 1965-ci il 21 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin üçüncü dövri məruzəsinin hazırlanması və BMT-nin Baş katibinə təqdim olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. BMT-nin Baş Məclisinin 2106A (XX) nömrəli 1965-ci il 21 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin üçüncü dövri məruzəsinin hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri

Xələf Xələfov--Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İşçi qrupunun üzvləri:

İlqar Rəhimov--Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini

Toğrul Musayev--Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Oruc Zalov--Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini

Baxış Zeynalov--Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Ədalət Vəliyev--Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Elmar Qasımov--Azərbaycan Respublikası təhsil nazirinin müavini

Elsevər Ağayev--Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Ramiz Rzayev--Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Ağadadaş Məmmədov--Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini

Möminat Ömərova--Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Svetlana Qasımova--Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini

Müzəffər Talıblı--Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının milli siyasət şöbəsinin böyük məsləhətçisi

Elçin Nadirov--Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Hüquq Departamentinin direktoru

Mustafa İbrahimov--Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş mütəxəssisi

2. İşçi qrupuna tapşırılsın ki, üç ay müddətində bu Sərəncamın 1-ci bəndində göstərilən məruzənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən məruzə hazırlanıb baxıldıqdan sonra onun BMT-nin Baş katibinə təqdim edilməsini təmin etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 oktyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin