CƏMİYYƏT


BMT Olimpiya Oyunları vaxtı zərərli məhsulların reklamına yol verməməyə çağırır

A+ A

Bakı, 23 avqust, AZƏRTAC 

BMT-nin insan haqları üzrə ekspertləri Olimpiya Oyunlarında və digər idman tədbirlərində zərərli qida məhsullarının və içkilərin reklamına yol verməməyə çağırıblar.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, hüquq müdafiəçiləri bu cür məhsulların reklamına məşhur idmançıların cəlb edilməsindən narahatdırlar. Belə reklamlar özlərini pərəstiş etdikləri idmançılara bənzətməyə çalışan uşaqlara yalan məlumat ötürür.

BMT-nin qidalanma hüququ məsələləri üzrə xüsusi məruzəçisi Hilal Elver və sağlamlıq hüququ məsələləri üzrə xüsusi məruzəçisi Daynyus Puras Beynəlxalq Olimpiya Komitəsinə, xüsusilə marketinq uşaqlara və ailələrə yönələrkən qeyri-sağlam qida məhsulları reklamının tənzimlənməsi qaydalarını izləməyi təkidlə tövsiyə ediblər.

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bu yaxınlarda aparılmış tədqiqatın nəticələrinə görə, qeyri-sağlam qidalanma yoluxucu olmayan xəstəliklərin və vaxtsız ölümün əsas səbəblərindən biridir.

İntensiv emala cəlb edilən, tərkibində çoxlu miqdarda duz, şəkər və müxtəlif piylərin olduğu qida məhsullarının istehlakı ürək-damar sistemi xəstəliklərinin, şəkərin və xərçəngin müxtəlif növlərinin yaranmasına səbəb olur.

Xüsusi məruzəçilər məşhur idmançıların qeyri-sağlam qida məhsullarının reklamına cəlb edilməsi praktikasını pisləyiblər. Axı uşaqlar marketinqi həqiqi və obyektiv məlumat kimi qəbul edə bilər və idmançıların reklam etdirdikləri məhsulları istehlak etməsinə inanarlar. Qeyri-sağlam qida piylənmə ilə nəticələnə bilər. Hazırda 5 yaşınadək 41 milyon uşaq artıq çəkidən əziyyət çəkir. Bu hal davam edərsə, 2025-ci ilədək 70 milyon körpə və azyaşlı uşaq artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək. Ekspertlər bildirirlər ki, dövlətlər uşaqlar üçün qeyri-sağlam qida istehlakına aparıb çıxaran reklam kampaniyalarının qarşısını almalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.