DÜNYA


BMT Təhlükəsizlik Şurası Nitsadakı hadisəni terror aktı adlandırıb

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

BMT Təhlükəsizlik Şurası Fransanın Nitsa şəhərində yük maşını ilə dinc insanlara hücumu “barbarlıq və terror aktı” adlandırıb.

AZƏRTAC xəbər verir ki, qurumun mətbuat üçün xüsusi açıqlamasında ölənlərin ailələrinə başsağlığı verilib, günahkarların cəzalandırılmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Nitsada Fransanın milli bayramı münasibətilə dəniz kənarında toplaşan insanlara yük maşını çırpılıb. Hadisə nəticəsində 80 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb. Onlardan 50 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.