DÜNYA


BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket  buraxılışı ilə bağlı təcili iclasını planlaşdırır

Tokio, 5 iyul, AZƏRTAC 

BMT Təhlükəsizlik Şurası (TŞ) Şimali Koreyanın qitələrarası ballistik raket buraxılışı ilə bağlı iyulun 5-də təcili iclasını çağırmağa hazırlaşır.

TŞ-nin təcili iclasının çağırılması barədə təklif iyulun 4-də Şimali Koreya tərəfindən keçirilən raket sınağından sonra Yaponiya, ABŞ və Cənubi Koreya tərəfindən irəli sürülüb.

BMT-nin baş katibi Antonio Quterreş məsələ ilə əlaqədar iyulun 4-də yazılı bəyanatla çıxış edərək, Şimali Koreyanın bu addımını kəskin tənqid edib. BMT baş katibinin bəyanatında deyilir ki, beynəlxalq ictimaiyyət belə ciddi çağırışa qarşı birliyini qorumalıdır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.